MƏDƏNİYYƏT


Londonda Novruz bayramı qeyd edilib

London, 21 mart, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Novruz şənliyi keçirilib. Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, bu ölkənin ictimaiyyət nümayəndələri, tanınmış siyasi xadimlər, diplomatlar, iş adamları iştirak ediblər.

Bayram tədbirində Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu deyən Azərbaycanın Böyük Britaniyadakı səfirinin xanımı Ülviyyə Tağızadə ölkəmizin müstəqilliyinin bərpa olunması ilə bu bayramın daha rəngarəng, şən və yüksək əhval-ruhiyyədə keçirildiyini vurğulanıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin bu ölkədə yaşayan həmvətənlərimizə ünvanlanan təbriki diqqətə çatdırılıb.

Sonra tədbir şənlik proqramı ilə davam etdirilib, qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim olunub.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.