MƏDƏNİYYƏT


Londonda Novruz sevinci

A+ A

London, 21 mart, AZƏRTAC 

Azərbaycan Londonda Mərkəzi Asiya və Qafqaz ölkələrini birləşdirən Novruz festivalında təmsil olunub. Ölkəmizi “University College London”da (UCL) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti təmsil edib.

Tədbirə müxtəlif ölkələrdən xeyli qonaq qatılıb.

Festivalda təmsil olunan ölkələr zəngin ənənələrini və mədəniyyətlərini nümayiş etdiriblər. Tədbir çərçivəsində milli mətbəx, geyim və folklor nümunələri təqdim olunub. Burada ölkəmiz üçün ayrılan stendində ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, Azərbaycan həqiqətlərindən bəhs edən müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, çay dəsgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, milli ornamentləri əks etdirən suvenirlər nümayiş etdirilib.

Novruz festivalında ifa olunan Azərbaycan xalq mahnıları, milli rəqslərimiz qonaqlarda böyük maraq doğurub.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.