DÜNYA
Londonda Rusiyanın məşhur Böyük Teatrının ilk beynəlxalq turnesinin 60 illiyinə həsr edilmiş yubiley qastrolları keçirilir
Bakı, 3 avqust, AZƏRTAC
Londonda Rusiyanın məşhur Böyük Teatrının ilk beynəlxalq turnesinin 60 illiyinə həsr edilmiş yubiley qastrolları keçirilir. Həm 1956-cı ildə Kovent-Qarden kral teatrında baş tutmuş ilk qastrolun, həm də indiki yubiley çıxışları “Don Kixot” tamaşası ilə başlayıb.
AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, iyulun 29-dan etibarən isə yerli tamaşaçılar “Qu quşu gölü”nü Böyük Teatr truppasının ifasında izləyə bilirlər. Çaykovskinin musiqisinə yazılmış və Yuri Qriqoroviçin xoreoqrafik quruluş verdiyi balet tələbkar Britaniya tamaşaçısının və peşəkar balet tənqidçilərini valeh edib.
Mötəbər balet tənqidçisi Klement Krisl “Financial Times” qəzeti üçün yazdığı məqaləsini “London kral operasının səhnəsindəki “Qu quşu gölü”: cəzbedicidir” başlığı ilə verərək 60 il öncə də şahidi olduğu ilk tamaşa kimi valehedici olduğunu bildirib.
Avqustun 13-dək davam edəcək qastrol çıxışlarında moskvalı truppa “Paris atəşi”, “İnadkarın ram edilməsi” və “Korsar” baletlərini də tamaşaçılara təqdim edəcək.