DÜNYA


Londonda “ağıllı küçə”: insanlar gəzərkən elektrik istehsal olunur

Bakı, 6 avqust, AZƏRTAC

İngiltərənin paytaxtı Londonda qurulan “ağıllı küçə”də insanlar gəzərkən yerdəki xüsusi döşəmə elektrik istehsal edir.

AZƏRTAC haberler.com-a istinadla xəbər verir ki, dünyanın ilk “ağıllı küçə”si Londondakı Oksford prospektində yerləşir.

Beş yüz min funt-sterlinqə başa gələn, “yaşıl enerji” konsepsiyası əsasında hazırlanan və xüsusi örtüklə üzlənmiş qurğudan alınan elektrikdən küçənin gecə işıqlandırılmasında istifadə edilir. Bu isə, eyni zamanda, ərazidə yerləşən mağazalarda qiymətlərin aşağı düşməsinə də səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.