DÜNYA


Londonda avtomobilin kütləyə çırpılması nəticəsində azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb VİDEO

Bakı, 19 iyun, AZƏRTAC

Londonun şimal-şərqində naməlum şəxsin avtomobili kütlənin üzərinə sürməsi nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə London polisi məlumat yayıb. Hadisə müsəlmanların iftar mərasimindən sonra məsciddən çıxdıqları zaman baş verib.

London sakinləri kütləyə çırpılan furqonun sürücüsünü tutaraq polisə təhvil veriblər. Bundan əvvəl isə polis avtomobildə olan digər şəxsi saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.