DÜNYA


Londonda baş verən güclü yanğın “brexit” danışıqlarını təxirə sala bilər

Bakı, 14 iyun, AZƏRTAC

Londonun qərb hissəsində yerləşən “Grenfell Tower” yaşayış binasında baş verən güclü yanğın Mühafizəkarlar Partiyası ilə Şimali İrlandiyanın Demokratik Yunionist Partiyası arasında sazişin elan olunmasını ləngidə və Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üzrə danışıqları təxirə sala bilər. Bu barədə BBC telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mühafizəkarlarla yunionistlər arasında parlament koalisiyası barədə danışıqlar davam edir, hər iki tərəf saziş bağlamağa yaxındır. Lakin Britaniyanın paytaxtında azı 6 nəfərin ölümünə səbəb olan fövqəladə vəziyyət fonunda siyasətçilərin hər hansı bəyanatı yersiz görünər. Beləliklə, əldə olunmuş sazişin nəticələri gələn həftə elan oluna bilər ki, bu halda Brüsellə “brexit” barədə danışıqların başlaması vaxtı gecikəcək.

Xatırladaq ki, iyunun 8-də Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar ötən seçkidəki heyətlə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə bilib. Onlara tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.