DÜNYA


Londonda naməlum şəxs avtomobili piyadaların üstünə sürüb

Bakı, 19 iyun, AZƏRTAC

Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüblər. Daha sonra bıçaqla silahlanmış şəxs avtomobildən düşərək insanlara hücum edib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində azı bir nəfər xəsarət alıb. Hadisənin törədən avtomobildə 3 nəfərin olduğu bildirilir. Onlardan biri polis tərəfindən saxlanılıb, digər iki nəfər isə qaçmağa müvəffəq olub. Hadisənin terrorla əlaqəli olub-olmaması araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.