DÜNYA
Londonda naməlum sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində üç nəfər xəsarət alıb
Bakı, 26 mart, AZƏRTAC
Martın 25-də yerli vaxtla saat 22:50 radələrində Londonun şimalında naməlum sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində üç nəfər xəsarət alıb.
AZƏRTAC “The Sun” qəzetinə istinadla xəbər verir ki, London polisi hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslərin üzərində bıçaq aşkarlanıb.
Polisin açıqlamasında bildirilir ki, xəsarət alan üç nəfər - iki kişi və bir qadın xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Polis bu hadisənin yanvarın 22-də Parlamentin binası yaxınlığından törədilən terror aktı ilə əlaqəsinin olub-olmamasını araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:39]
Pentaqon: ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək
- 19.03.2024 [17:30]
Ukrayna hərbi yardımlarla bağlı prioritetləri açıqlayıb
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]