DÜNYA


Londonda terror hadisələrində 6 nəfər həlak olub

London, 4 iyun, AZƏRTAC 

Londonda terror hadisələrində 6 nəfər həlak olub. Bu barədə şəhər polisinin rəhbəri Mark Rouli məlumat verib.

“Hazırda təəssüf ki, bizdəki məlumatlara görə, 6 nəfər həlak olub. Təxminən 20 nəfər yaralanıb, lakin onların sayı arta bilər. Polis terroristlərdən 3-nü öldürüb”, - deyə M.Rouli qeyd edib.

Səhiyyə xidmətindən isə, terror hadisələri nəticəsində tibb müəssisələrinə 30-dan çox yaralının gətirildiyi bildirilib.

Qeyd edək ki, terroristlər London-Bric körpüsündə insanların üzərinə avtomobil sürüb, bundan sonra isə yaxınlıqdakı “Boro Market”ə hücum ediblər. London polisi hadisələrin terror aktı olduğunu bildirib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.