DÜNYA


Londonda yanğın: xəsarət alanların sayı 50-yə çatıb, həlak olanlar var VİDEO

Bakı, 14 iyun, AZƏRTAC

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də hələ ki, məlum deyil.

Xatırladaq ki, bu gün Londonun qərbində çoxmənzilli Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə 40 yanğınsöndürən və xidmətin 200 əməkdaşı cəlb olunub. Britaniya paytaxtının təcili yardım xidməti yanğından zərər çəkmiş insanların sayının 50 nəfərə çatdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.