DÜNYA


Londonda yaşayış binasında yanğın nəticəsində azı 6 nəfər ölüb

Bakı, 14 iyun, AZƏRTAC

Londonda yaşayış binasında yanğın nəticəsində azı 6 nəfər ölüb. Qurbanların sayı arta bilər.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə paytaxt polisi açıqlama yayıb. “Yanğın zamanı azı altı nəfərin həlak olduğu təsdiqlənir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir”, - məlumatda belə deyilir.

Xatırladaq ki, bu gecə Londonun qərbində çoxmənzilli “Grenfell Tower” yaşayış binasında güclü yanğın baş verib. Britaniya paytaxtının təcili yardım xidmətinin məlumatına əsasən, yanğından zərər çəkmiş 50 nəfər xəstəxanalara yerləşdirilib. Yanğınsöndürənlər gecədən başlamış yanğını hələ də tam söndürə bilməyiblər. Hazırda burada 200 yanğınsöndürən, 10-dan çox həkim işləyir.

İyirmi dörd mərtəbəli binanın yerləşdiyi Şimali Kensinqton Londonun o qədər də firavan olmayan rayonlarındandır. Burada Afrika, Yaxın Şərq və Pakistandan, həmçinin Şərqi Avropadan çıxmış çoxlu insan yaşayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.