Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Londonda yerləşən Memarlar Birliyi Məktəbi YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Bakıda praktik məşğələlər keçirəcək

Londonda yerləşən Memarlar Birliyi Məktəbi YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Bakıda praktik məşğələlər keçirəcək

Bakı, 29 iyul, AZƏRTAC

Londonda yerləşən Memarlar Birliyi (Architecture Association – AA) Məktəbi avqustun 25-dən sentyabrın 4-dək Bakıda YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə praktik məşğələlər keçirəcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, "AA Baku Məktəbi" istedadlı şəxslərin qarşısında açılan, onların öyrənmək və novatorçu təşəbbüslərini nümayiş etdirən gözəl bir imkandır. Bundan əlavə, sözügedən tədbirin iştirakçıları müvafiq tarixlərdə təcrübəli müəllimlər və başqa ölkələrdən gəlib "AA Baku Məktəbi"nə qatılan dinləyicilərlə bilavasitə ünsiyyətdə olacaq və bunun sayəsində dünya miqyaslı təcrübəyə yiyələnəcəklər.

Londonda yerləşən nüfuzlu Memarlar Birliyinə birbaşa aidiyyəti olan "AA Baku Məktəbi" Qafqaz regionunda ilk səyyar məktəb olaraq, Asiya ilə Avropada fəaliyyət göstərən bu cür məktəblər şəbəkəsinə daxildir. Məktəbin işini AA Birliyinin müəllimləri – memarlar Omid Kamvari və Kasper Əks quracaqlar. Onlar Bakının zəngin tarixini, yurdumuzun Qərblə Şərqi birləşdirən yollarda yerləşməsini, ölkə hüdudlarının necə sosial, mədəni və siyasi dəyişikliklərə meydan olduğunu tədqiq edəcəklər. Dinləyicilərə Azərbaycanın özünəməxsus mövqeyini və qonşuları ilə münasibətlərini nəzərə almaqla, ölkəmizin gələcəyini tədqiqat hədəfi kimi ortaya qoyan aktiv bir praktiki məşğələdə iştirak etmək təklif olunacaq.

Həm yerli, həm də qlobal baxımdan Bakının bugünkü və gələcək məkan quruculuğu ideyalarına maraq göstərən və 17 yaşı tamam olmuş şəxslər – istər formalaşan, istərsə də tam formalaşmış memar, rəssam, alim, mühəndis, kurator və yazarlar məktəbə qəbul edilirlər. İştirakçılar lazım olan materiallar ilə təmin ediləcək, yaşayış yeri ilə isə təmin olunmayacaqlar. Dərslər ingilis dilində keçiriləcək.

Bu praktik məşğələ ayrıca hissələrdən təşkil olunaraq, xüsusi obyektlərə ziyarət, model üzərində çalışma, eləcə də müxtəlif material sistemləri və məkan konqlomeratlarına dair mövzular ətrafında debat və müzakirələrdən ibarət olacaq. Praktik məşğələnin sonunda isə dinləyicilər öz işlərini sərgidə nümayiş etdirəcək və məkan barədə ideyaların geniş müzakirəsini keçirəcəklər.

İştirak etmək istəyən şəxslər www.yarat.az  saytından müvafiq müraciət blankını endirərək doldurduqdan sonra tərcümeyi-hal (CV) və iştirak etmək marağını bildirən məktubla (bir səhifə həcmində) birlikdə YARAT-a göndərməlidirlər. Yerlər məhdud olduğu üçün toplanan müraciətlər əsasında ən münasib namizədlərin müəyyən edilməsi mərhələsi nəzərdə tutulur. Yalnız uğurlu namizədlərə müvafiq bildiriş göndəriləcək. Müraciət sənədlərini [email protected]  və ya [email protected]  ünvanlarına göndərmək lazımdır. Azərbaycandan müraciət edənlərin iştirak haqqı YARAT Müasir İncəsənət Məkanı tərəfindən ödəniləcək. Avqustun 15-dən sonra göndərilmiş müraciətlərə baxılmayacaq. Əlavə məlumat üçün +994 50 218 06 29 nömrəsinə zəng etmək olar.

"AA Baku Məktəbi"nin proqramı elə bir qlobal və inkişafda olan əməkdaşlıq platformasıdır ki, onun sayəsində AA təlim-tədris yanaşması beynəlxalq pedaqoji elmin ən son nailiyyətlərinə söykənir və dünyanın hər yerinə çatdırılır. Daha ətraflı məlumat aşağıdakı internet ünvanından əldə edilə bilər: http://www.aaschool.ac.uk/STUDY/visitingProgramme.php 

"AA Baku Məktəbi"nin müəllimi Omid Kamvari (BA fərqlənmə diplomu, AADipl, AAMsc, PgDip, ARB, RIBA kursunun rəhbəri) Qrinviç universitetində memarlıq ixtisası üzrə təhsili alıb, magistr dərəcəsini Memarlar Birliyində qazanıb. O, "Foster & Partners" şirkətində işləyib. Çoxsaylı layihələr, o cümlədən Bratislavada pərakəndə satış parkı, İtaliyada qarışıq istifadə obyekti, Mərakeşdə kommersiya ofisləri, İtaliyada və Liviyada hotel müəssisələri layihələrini həyata keçirib.

Məktəbin digər müəllimi Kasper Əks danimarkalı memar, dizayner və tədqiqatçıdır. O, Londonda yaşayır. Bakalavr təhsilini Danimarkada yerləşən AAA Memarlıq Məktəbində, magistr dərəcəsini Londonda UCL universiteti nəzdində Bartlett Memarlıq Məktəbində alıb. Kasper Əks hazırda Brüsseldə və Londonda yerləşən LASSA memarlıq şirkətinin ştatdankənar memarıdır. Şirkətin fəaliyyəti mebeldən tutmuş şəhərsalma planlaşdırılmasınadək müxtəlif beynəlxalq sifarişlər və müsabiqələr üzərində qurulub. LASSA-ya keçməzdən öncə Kasper Əks "Asymptote" (Nyu-York), "Marcos" and "Marjan" Ltd. (London) və "MAPT" (Kopenhagen) kimi nüfuzlu memarlıq şirkətlərində işləyib.

Qeyd edək ki, Bakıda yerləşən qeyri-kommersiya təşkilatı olan YARAT gənc rəssam Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə fəaliyyət göstərir, müvafiq sahənin ölkə daxilində və beynəlxalq aləmdə təmsil olunması ilə məşğuldur.

YARAT indiyədək əksəriyyəti Bakıda olmaqla 145-dən artıq layihə həyata keçirib. Təşkilatın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktik məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə YARAT-ın yay məktəbi təşkil olunub, eləcə də yeni binası istifadəyə verilib. Həmin binada rəssam emalatxanaları və "art-rezident" proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi açılıb. Təşkilatın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı məkandır. YARAT-ın ARTIM proqramı incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini əlaqələndiricilərin diqqətinə çatdırıb sərgilənməsinə imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib