SİYASƏT


Londondakı səfirliyimizdə yaradılmış məntəqədə səsvermə yüksək fəallıqla başa çatıb

A+ A

London, 26 sentyabr, AZƏRTAC 

Ümumxalq səsverməsi ilə əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb. Seçicilərin ümumi fəallığı 92 faiz təşkil edib.

Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün 38 məntəqə yaradılıb. Böyük Britaniyadakı səfirliyimizdə səsvermədə iştirak edən həmvətənlərimiz öz iradələrini sərbəst şəkildə ifadə etmək üçün yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Məntəqə seçki komissiyasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.