DÜNYA


Londonun “Heathrow” hava limanı genişləndirilir

London, 25 oktyabr, AZƏRTAC 

Londonun “Heathrow” hava limanının genişləndirilməsi Britaniya Nazirlər Kabinetinin iclasında təsdiqlənib.

Son qərar isə Britaniya Baş nazirinin ofisi tərəfindən veriləcək. Genişləndirilməyə əsasən, Britaniyanın ən böyük hava limanına yeni uçuş-enmə zolaqları əlavə ediləcək. Bəzi dövlət rəsmiləri ölkənin “Gatwick” aeroportuna da yeni zolaqların əlavə olunmasını təklif ediblər.

Əlavə uçuş zolaqlarının inşasına 2021–ci ilədək başlamaq planlaşdırılır. 2025-ci ildə əlavə uçuş zolaqlarının istifadəyə verilməsi nəzərdə tutulur.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.