SİYASƏT


Lorens Bras: “Multikultural Azərbaycana səfərimdən böyük zövq aldım”

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq yay məktəbində iştirak etmək üçün ölkəmizə səfər etmiş Böyük Britaniyanın yəhudi icmasının idarə heyətinin üzvü, Birləşmiş Krallığın Miqrasiya və Siyasi Sığınacaq məsələləri üzrə Yüksək Tribunalının hakimi Lorens Bras Azərbaycanla bağlı minnətdarlıq dolu təəssüratlarını bölüşüb.

Bu ilin mayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycandakı dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyətinin Londona səfəri zamanı keçirilən görüşlərdə iştirak edən L.Bras ölkəmizdəki tolerant və multikultural mühit haqqında eşitdiklərindən təsirlənib və bunları öz gözləri ilə görmək üçün Azərbaycana səfər etmək arzusunu bildirib. Qonaq yay məktəbi müddətində Azərbaycanda şahidi olduğu multikultural mühit, dövlət-din münasibətləri, dinlərarası dialoq, xalqımızın qonaqpərvərliyi haqqında fikirlərini Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinə ünvanladığı məktubunda qeyd edib.

Lorens Bras məktubunda öz təəssüratlarını belə ifadə edib: “Mən bir neçə gün sizin ölkənizdə qonaq oldum. Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Mən bir çox gözəl yerlərə baş çəkdim və çox maraqlı insanlarla tanış oldum. Məscid, kilsə və sinaqoqları ziyarət edən zaman buradakı etiqad azadlığından və bütün dinlərin nümayəndələrinə hökumət tərəfindən bərabər imkanlar yaradılmasından çox təsirləndim.

Bu gün dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Multikultural Azərbaycanda olmaqdan böyük zövq aldım”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.