İDMAN


Lorenzo Sotomayor: Hədəfim qızıl medaldır

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Hədəfim qızıl medaldır.

AZƏRTAC xəbər verir ki, bu sözləri boks yarışlarında “Rio-2016”nın finalına yüksələn Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla görüşündən danışan Lorenzo Sotomayor döyüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O deyib: “Bu görüşə yaxşı hazırlaşmışdım. Qələbə qazanacağıma inanırdım. Finalda daha yaxşı döyüşməyə çalışacam. İnanıram ki, finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medalı əldə edəcəm. Azərbaycan artıq mənim evim, Vətənimdir. Azərbaycan üçün qızıl medal qazanacam”.

Qeyd edək ki, Lorenzo Sotomayor Olimpiya Oyunlarında idmanın boks növündə indiyədək finala çıxan ilk Azərbaycan idmançısı kimi ölkəmizin boks tarixində yeni səhifə açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.