MƏDƏNİYYƏT


Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” layihəsinə start verilib

A+ A

Los-Anceles, 5 sentyabr, AZƏRTAC

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və buradakı Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib. Layihə çərçivəsində müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los-Ancelesdə nümayişi planlaşdırılır. Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edib. O, ölkəmizin xaricdə təbliğində Azərbaycan kinematoqrafiyasının xüsusi rol oynadığını diqqətə çatdırıb. N.Ağayev bildirib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə baş konsulluq dəstəyini davam etdirəcək.

Daha sonra Los-Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O, göstərilən dəstəyə görə icma adından baş konsulluğa təşəkkürünü ifadə edib, qarşıdakı dövrdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildirib. K.Rüstəmova qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır. İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verərək, qonaqları bu maraqlı ekran əsərinə tamaşa etməyə dəvət edib.

İngilis dilində subtitrlərlə göstərilən film sürəkli alqışlarla qarşılanıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Los-Anceles

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.