MƏDƏNİYYƏT


Los-Ancelesdə Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan poçt markası buraxılıb

A+ A

Los-Anceles, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb. ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 illiyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Los-Anceles

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.