DÜNYA


Los-Ancelesdə illik elektron əyləncələr sərgisi işə başlayıb

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün Los-Ancelesdə “Electronic Entertainment Expo” (E3) illik elektron əyləncələr sərgisi işə başlayıb.

AZƏRTAC “Euronews” resursuna istinadən xəbər verir ki, bu il dünyanın oyun sənayesinin ən böyük forumlarından biri ilk dəfə qapıları adi istifadəçilərin üzünə açıb. Tədbir çərçivəsində müxtəlif konfranslar keçirilir.

Məlumata görə, sərgidə iştirak edən şirkətlər virtual reallıq üçün populyar kompüter oyunlarının versiyalarını təqdim ediblər. Bu sahədə yeniliklərin sərginin 128 iştirakçısı (ötənilkindən 2 dəfə çox) tərəfindən nümayişi nəzərdə tutulur. Həmçinin təşkilatçıların qənaətinə görə, 15 min oyun həvəskarı oyun və konsol istehsalçı və tərtibatçılarına insanların yeni ideya və qurğularla bağlı təəssüratlarını daha yaxşı anlamağa kömək edəcək.

ABŞ Proqram Təminatı və Kompüter Oyunları Assosiasiyasının məlumatına görə, 2016-cı ildə videooyunlar sənayesinin ABŞ Ümumi Daxili Məhsulunda payı təxminən 12 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.