İDMAN


Lozanna məhkəməsi rusiyalı yüngül atletlərin iddiasını təmin etməyib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Lozannada İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı yüngül atletlərin beynəlxalq yarışlara, o cümlədən 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar Rusiya Olimpiya Komitəsinin (ROK) və 68 rusiyalı idmançının Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasına (IAAF) kollektiv iddia ərizəsinə dair qərar çıxarıb.

İdman Arbitraj Məhkəməsinin mətbuat xidməti xəbər verir ki, CAS ROK-un iyulun 19-də baxılan iddiasını təmin etməyib.

Arbitraj Məhkəməsinin çıxardığı qərar qətidir, çünki CAS idmanda ali hüquqi instansiyadır.

Məhkəmədə yüngül atletlərin maraqlarını Mayk Morqan başda olmaqla bir neçə əcnəbi mütəxəssis təmsil edib. Rusiya tərəfi yüngül atletlərin turnirlərdə çıxışlarına mane olan bir sıra IAAF kriterilərinin, o cümlədən idmançının xaricdə yaşaması tələbinin ləğv olunmasına israr edib.

Cenevrədə Rusiya nümayəndə heyətini ROK-un hüquq idarəsinin başçısı Aleksandra Brilyantova, Ümumrusiya Yüngül Atletika Federasiyasının (ÜYAF) prezidenti Dmitri Şlyaxtin, ÜYAF-in baş katibi Mixail Butov, habelə şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva təmsil ediblər.

Arbitrajın hər bir qərarına qabaqcadan hazır olan IAAF hər ehtimala qarşı Rusiya atletlərini Rio-de-Janeyro Olimpiadasına buraxılan idmançılar siyahısına daxil edib. Orada göstərilib ki, rusiyalı atletlərin iştirakı haqqında son qərar CAS-ın qərarından asılı olacaq.

Bu ərəfədə ROK-un İcraiyyə Komitəsi Rio-de-Janeyro Oyunlarında 387 idmançıdan, o cümlədən 68 yüngül atletdən ibarət Rusiya komandasının tərkibini təsdiq edib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) CAS-ın qərarından asılı olaraq, iyulun 24-də Dünya Antidopinq Agentliyinin (WADA) tövsiyəsinə əməl edib, WADA-nın müstəqil komissiyasının məruzəsindən sonra üzə çıxan yeni faktlarla əlaqədar Rusiya Federasiyasından olan bütün olimpiyaçıları bu yarışlara buraxmaya bilər.

Xatırladaq ki, rusiyalı yüngül atletlər Riçard Paundun başcılıq etdiyi WADA müstəqil komissiyanın məruzəsindən sonra 2015-ci il noyabrında ÜYAF-in üzərinə qoyulan diskvalifikasiyaya görə beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıblar. IAAF Şurası iyunun 17-də rusiyalı idmançılara öz günahsızlığını fərdi qaydada sübut etməyi tapşıraraq, diskvalifikasiyanı qüvvədə saxlayıb.

Nəticədə yalnız uzunluğa tullanan Darya Klişinanın və WADA-nın informatoru Yuliya Stepanovanın Oyunlarda iştirakına icazə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.