İQTİSADİYYAT


“Lufthansa” aviaşirkətinin Bakıya olan aviareysləri ləğv edilib

A+ A

Bakı, 24 noyabr, Elvin Camalov, AZƏRTAC

“Lufthansa” aviaşirkətinin Bakıya olan reysləri ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu Heydər Əliyev Beynəlxalq Aeroportunun və “Lufthansa” aviaşirkətinin saytlarındakı online tabloda göstərilib.

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının keçirdikləri tətil Bakıya olan aviareyslərə də təsir edib. Belə ki, bu gün həyata keçirilməli olan 21:25-də Bakı-Frankfurt və 22:20-də Bakı-Aşqabad reysləri və əks istiqamətdə olan reyslər ləğv olunub.

Həmçinin sabaha olan Bakı-Frankfurt-Bakı və Bakı-Aşqabad-Bakı reysləri ləğv edilib.

Qeyd edək ki, Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları tətili bu gün də davam etdirir. Tətil nəticəsində 900-dən çox aviareys təxirə salınıb və bu 115 min sərnişinin uçuşuna təsir edib. Tətilin səbəbi pilotların maaşlarının 20 faiz artırılmasına şirkətin müsbət rəy verməməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.