İDMAN


Luis Hamilton Avstriya Qran-prisinin qalibi olub

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Formula-1 üzrə dünya çempionatının iyulun 1-3-də keçirilən doqquzuncu yarışında – Avstriya Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə üçüncü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, doqquzuncu yarışda pilotlar “Red Bull Ring” avtodromunun uzunluğu 4326 metr olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 27 dəqiqə 38,107 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5,719 saniyə geridə qalan Maks Ferstappen (Red Bull Racing) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 6,24 saniyə sonra finişə çatan Kimi Raykonnen (Ferrari, 15 xal) tamamlayıb.

Doqquzuncu Qran-pridən sonra “Mercedes”in digər pilotu Niko Rosberq 153 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən doqquz mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan) qalib gəlib. Cari mövsümdə üçüncü qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 11-ə endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 142 xal var. Aktivində 96 xal olan S.Vettel üçüncü, Kimi Raikkonen (Ferrari) dördüncü və 88 xala sahib olan Daniel Rikkardi (Red Bull Racing) beşincidir.

Çempionatın növbəti – onuncu yarışı iyulun 8-10-da Böyük Britaniyada keçiriləcək.

Qeyd edək ki, yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.