İDMAN


Luis Hamilton Meksika Qran-prisinin qalibi olub

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Formula-1 üzrə dünya çempionatının oktyabrın 28-30-da keçirilən on doqquzuncu yarışında – Meksika Qran-prisində “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, on doqquzuncu yarışda pilotlar Rodriqez qardaşları adına avtodromda uzunluğu 4421 metr olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 40 dəqiqə 31,402 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 8,354 saniyə geridə qalan Niko Rosberq (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 20,858 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.

On doqquzuncu Qran-pridən sonra “Mercedes”in pilotu Niko Rosberq 349 xalla liderliyini davam etdirir. Cari mövsümdə N.Rosberqin komanda yoldaşı L.Hamilton ilə xal fərqi 19-a çatıb. L.Hamiltonun hesabında 330 xal var və britaniyalı pilot ikinci pillədə qərarlaşıb.

Aktivində 242 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Sebastian Vettel (Ferrari) 187 xalla dördüncü və 178 xala sahib olan Kimi Raikkonen (Ferrari) isə beşincidir.

Çempionatın növbəti – iyirminci yarışı noyabrın 11-13-də Braziliyada keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.