İDMAN
Luis Hamilton “Mercedes”i komanda taktikasına əl atmamağa çağırır
Bakı, 4 iyul, AZƏRTAC
“Mercedes”in pilotu Luis Hamilton ümid edir ki, Formula-1 üzrə Avstriya Qran-prisində komanda yoldaşı Niko Rosberqi yenidən üstələməsinə baxmayaraq, rəhbərlik komanda taktikasını tətbiq etməyəcək.
AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, Luis Hamilton yürüşdə iştirak etmək arzusunu bildirib. O deyib: “Mən ən yaxşı yürüşçülərlə mübarizə aparmaq üçün Formula-1-ə düşməyi arzulayırdım. Mən azarkeş kimi 2002-ci ildə Avstriyada Mixael Şumaxer və Rubens Barrikello arasında nümayiş etdirilən komanda taktikasından məyus oldum. Siz heç vaxt komanda taktikasını görmək istəməzsiniz. Yaxşı ki, Toto Volf və Niki Lauda bizə mübarizə aparmağa imkan verir”.
Luis Hamilton qeyd edib ki, heç də hər şey hər zaman mükəmməl olmur. Formula “Ford”, Formula “Reno” və digər seriyalardan buraya gələn hər bir mühəndis və mexanik həm yaxşını, həm də pisi görüb. Onlar bilirlər ki, belə hadisələr baş verə bilər. Biz 200 km/saatdan çox sürətlə şütüyürük. Siz, doğrudan da, gözləyirsiniz ki, bizdə heç vaxt problem olmayacaq? Mən buna şübhə edirəm. Ümid edirəm ki, heç nə dəyişilməyəcək və biz mübarizəni davam etdirə biləcəyik. Bu mənim avtomobil idmanına sevgimdən yaranan şəxsi fikrimdir”.