İDMAN


Luis Suarezə “Qızıl buts” mükafatı təqdim olunub

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Futbol üzrə Uruqvay millisinin və “Barselona” komandasının hücumçusu Luis Suarezə Barselonada təşkil olunan təntənəli mərasimdə “Qızıl buts” mükafatı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı hücumçu bu mükafata 2015-2016-cı il mövsümündə Avropa milli çempionatlarında ən çox qol (40 top) vurduğuna görə layiq görülüb.

L.Suarez 2013-2014-cü il mövsümündə “Liverpul”da oynayarkən “Qızıl buts”a “Real Madrid”in forvardı Kriştiano Ronaldo ilə birgə sahib olmuşdu. Həmin vaxt futbolçular hərəyə 31 dəfə fərqlənmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.