DÜNYA


Luiziana ştatı təbii fəlakət zonası elan edilib

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

ABŞ-ın Luiziana ştatında baş verən daşqınlar nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Luiziana ştatının qubernatoru Con Bel Edvardsın sözlərinə görə, daşqınlar 20 min nəfərə təsir edib, 10 mindən çox insan isə siğınacaqlara yerləşdirilib.

Daşqınlara ştatda davam etməkdə olan güclü leysan yağışları səbəb olub. Təbii fəlakətlə mübarizəyə xilasedici briqadalar və polis helikopterləri cəlb olunub. Bir qədər əvvəl Luiziana ştatında fövqəladə vəziyyət rejimi qüvvəyə minib, avqustun 14-də isə ABŞ Prezidenti Barak Obama ştatı təbii fəlakət zonası elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.