DÜNYA
Luizianada daşqınlar nəticəsində azı 13 nəfər həyatını itirib
Bakı, 22 avqust, AZƏRTAC
ABŞ-ın Luiziana ştatında bir həftə bundan əvvəl başlayan daşqınlar 13 nəfərin ölümünə səbəb olub, 60 mindən çox ev isə tamamilə dağılıb və ya zərər görüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2012-ci ildə baş verən Sendi qasırğasından sonra ən böyük təbii fəlakət hesab edilən Luizianadakı daşqınlar nəticəsində bir çox ev su altında qalıb, minlərlə insan təxliyə olunub. Üç min nəfər hələ də sığınacaqlarda yaşayır. Avqustun 11-də başlayan leysan yağışları nəticəsində bağlanan 50 əyalət magistral yolu indiyədək açılmayıb.
ABŞ prezidenti Barak Obamanın yaxın günlərdə təbii fəlakət bölgəsinə səfər edəcəyi gözlənilir.
Xatırladaq ki, 2012-ci ildə Nyu-Cersi və Nyu-Yorkda böyük dağıntılara səbəb olan Sendi qasırğası 74 nəfərin həyatına son qoymuş, regiona ümumilikdə 75 milyard dollar ziyan vurmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]