İDMAN
Lüksemburq idmançısı: Birinci Avropa Oyunları yeni emosiya, yeni həyəcan, yeni təcrübə deməkdir VİDEO
Bakı, 18 iyun, A.Həsənova, K.Əliyeva, AZƏRTAC
Birinci Avropa Oyunları yeni emosiya, yeni həyəcan, yeni təcrübə deməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının iştirakçısı, Lüksemburqun şose velosipedi üzrə idmançısı Aleks Kirş deyib.
İdmançı bildirib: "Mən birinci dəfə idi ki, belə uzun məsafə qət edirdim. Ötən il Azərbaycanda keçirilən "Tour de Azerbaijan" yarışında da iştirak etmişdim. Onda da tədbirin yüksək təşkilatçılığı məni heyran etmişdi. Bu oyunlardakı təşkilatçılğı görəndən sonra isə sizin böyük tədbirlərə ev sahibliyi etmək təcrübənizin yüksək olduğundan əmin oldum. Bakı bir-birindən gözəl, yeni müasir binaları və mehriban insanları ilə heyran edir. İçərişəhər isə mənim ən çox sevdiyim yerdir”.