DÜNYA


Lüksemburqda dünyada ilk "yaşıl" birja işə başlayıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Lüksemburq Fond Birjası dünyada ilk "yaşıl" mübadilə məkanını təqdim edib ki, burada yalnız "yaşıl" qiymətli kağızların ticarəti ilə məşğul olunacaq.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, Lüksemburqun "yaşıl" birjası bazardakı qeyri-müəyyənliyi azaltmaq üçün "yaşıl" istiqraz vərəqələri və digər ekoloji yönümlü maliyyə alətləri üçün "gözətçi" rolunda çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) ilk dəfə 2007-ci ildə "yaşıl" kağızlar buraxıb və onları birjada yerləşdirib. AİB dəyəri təxminən 45 milyard dollara yaxın dünyada ən çox sayda beynəlxalq "yaşıl" istiqrazlara malikdir.

Proqnozlara görə, "yaşıl" istiqrazlar bazarının həcmi ötən illə müqayisədə bu il 72 milyard dollara çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.