CƏMİYYƏT


Lüksemburqda gender bərabərliyi siyasəti üzrə nazirlərin III beynəlxalq konfransı keçirilir

A+ A

Lüksemburq, 18 oktyabr, AZƏRTAC 

Lüksemburqun Bərabər İmkanlar Nazirliyi və Almaniyanın Ailə, Yaşlı İnsanlar, Qadınlar və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə Lüksemburq şəhərində gender bərabərliyi siyasəti üzrə nazirlərin III beynəlxalq konfransı keçirilir.

Konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da iştirak edir.

Hicran Hüseynova konfransda çıxış edərək iştirakçılara Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, kişilər və qadınlar üçün bərabər imkanların yaradılması sahəsində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.

Komitə sədri ölkədə gender bərabərliyinin, eləcə də ailələrin sosial müdafiəsinin təmin edilməsi kimi məsələləri özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan bir sıra strategiya və fəaliyyət planlarının hazırlanmasından danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin regionlarda həyata keçirdiyi maarifləndirmə tədbirləri, Heydər Əliyev Fondunun dəstəyi ilə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların və qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası, ictimai həyatda fəallığının artırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi sahəsində atılan addımlar barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans işini davam etdirir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.