DÜNYA


Lvov şəhər aeroportunun baş direktorunun müavini rüşvətə görə saxlanılıb

Bakı, 19 aprel, AZƏRTAC 

Ukraynanın Lvov şəhər aeroportunun baş direktorunun müavini rüşvətə görə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko məlumat yayıb.

O deyib ki, Lvov beynəlxalq aeroportunun baş direktorunun müavini 40 min qrivin (1 dollar 26,78 qrivindir) rüşvət alan zaman saxlanılıb. O, bu pulu aeroportun təmiri zamanı alıb.

Faktla bağlı cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.