DÜNYA


Lvov şəhərində zibillikdən 36 kiloqram civə tapılıb

Bakı, 21 aprel, AZƏRTAC

Ukraynanın Lvov şəhərində zibillikdən 36 kiloqram civə tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Lvov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Lvovun “Levandovka” mikrorayonunun sakini zibil atarkən plastik çəndə içi dolu civənin olduğunu görüb. Müvafiq qurumlara xəbər verildikdən sonra həmin çəndə 36 kiloqram ağırlığında civənin olduğu müəyyənləşdirilib.

Müvafiq qurumlar civənin haradan qaynaqlandığını araşdıracaq və onun təkrar emalı üçün tədbirlər görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.