DÜNYA
MADRİDDƏ 13 PARTLAYICI QURĞU İŞƏ SALINMIŞDIR
Terrorçular partlayıcı qurğuları üç elektrik qatarına qoymuş və qatarlardan biri paytaxtın Atoça vağzalında, ikincisi şəhər ətrafındakı “Santa Euxeniya” dəmir yolu stansiyasında, üçüncüsü isə “El poso del Tio Raymundo” stansiyasında partlamışdır. Polis ekspertləri terror aktları üçün istifadə olunmuş partlayıcı maddələri analiz edirlər.
Nazir demişdir ki, ETA terror qruplaşması bu qanlı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürməsə də, heç bir şübhə yoxdur ki, bu partlayışları məhz onun yaraqlıları törətmişlər. Məsuliyyəti ərəblərin üstünə atmağa göstərilən bütün cəhdlər əsassızdır. Anxel Asebes vurğulamışdır ki, qruplaşmanın yaraqlıları son aylar bir neçə dəfə irimiqyaslı terror aktları törətməyə cəhd göstərmişlər, lakin hüquq-mühafizə orqanları hər dəfə onların planını pozmuşdur. Məsələn, Milad bayramı ərəfəsində ETA yaraqlıları Madridin vağzallarından birində iri terror aktı törətmək istəyirdilər, lakin o zaman polis faciənin qarşısını ala bilmişdi.