ELM VƏ TƏHSİL
MƏMMƏDƏMİN RƏSULZADƏNİN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Xəzər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmmədəmin Rəsulzadənin 120 illiyinə həsr olunmuş “Məmmədəmin Rəsulzadə və ictimai-siyasi ideyaları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, professor Hamlet İsaxanlı M.Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən, mühacirətdə olduğu dövrlərdən və xidmətlərindən danışmışdır.
Konfransda “Məmmədəmin Rəsulzadə və Azərbaycançılıq”, “Məmmədəmin Rəsulzadə və tarix”, “Əlibəy Hüseynzadənin türkçülük ideologiyası və Məmmədəmin Rəsulzadə”, “Məmmədəmin Rəsulzadə və istiqlal məfkurəsi”, “Məmmədəmin Rəsulzadə və Azərbaycan mühacirət mətbuatı” və s. mövzusunda məruzələr dinlənilmişdir.
Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.