İQTİSADİYYAT
MƏNFƏƏT NEFTİNİN NÖVBƏTİ HİSSƏSİ SATILMIŞDIR
ARDNŞ-in “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” yatağından əldə etdiyi mənfəət neftinin növbəti hissəsinin alınmasına dair müsabiqənin qalibi İsveçrənin Glencore şirkəti olmuşdur. ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1 milyon barrel həcmində Azəri Light markalı duru neft Gürcüstanın Supsa terminalından noyabrın 9-10-da göndəriləcəkdir. Bu, “Azəri-Çıraq-Günəşli” neft yatağının tammiqyaslı işlənilməsi layihəsi çərçivəsində ARDNŞ-in əldə etdiyi mənfəət neftinin 29-cu partiyasıdır. Dekabr ayında mənfəət neftinin daha bir partiyasının satılacağı gözlənilir.
ARDNŞ-in mənfəət neftinin ixracından əldə olunan bütün vəsait Azərbaycan Dövlət Neft Fondunun hesabına köçürüləcəkdir. Hazırda bu fondda 820 milyon dollara yaxın vəsait toplanmışdır.