SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 26-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayev, Milli Məclisin deputatları Ağabəy Əsgərov, Aydın Mirzəzadə və Mərkəzi Seçki Komissiyasının katibi Qabil Orucovdan ibarət nümayəndə heyəti Özbəkistan hökumətinin dəvəti ilə Daşkəndə yola düşmüşdür.
Azərbaycan nümayəndələri Özbəkistan Respublikası birpalatalı Ali Məclisinin ikipalatalı parlamentə çevrilməsi, ölkə prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilə artırılması məqsədi ilə Konstitusiyada müvafiq dəyişikliklər olunması təklifi barədə yanvarın 27-də keçiriləcək ümumxalq referendumunda beynəlxalq müşahidəçi kimi iştirak edəcəklər.