İQTİSADİYYAT
“MC&S”in media monitorinq qrupu oktyabr üzrə məlumatların hesabatına yekun vurub
Bakı, 1 noyabr, AZƏRTAC
“MC&S”in media monitorinq qrupu oktyabr üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, media monitorinq qrupu 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla, 565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumlar təqdim edilib. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Azercell” (1050 məlumat), banklar arasında “Azərbaycan Beynəlxalq Bankı” (2759 məlumat), sığorta şirkətləri arasında “Beynəlxalq Sığorta” ASC (260 məlumat), ali məktəblər arasında Bakı Dövlət Universiteti (1488 məlumat), otel və biznes mərkəzləri arasında isə “Hilton Baku” (280 məlumat) irəlidədir.