İQTİSADİYYAT
“MC&S”in media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatına yekun vurub
Bakı, 4 avqust, AZƏRTAC
“MC&S”in media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatına yekun vurub. Monitorinq qrupu 10 televiziya, 55 çap və 170 onlayn media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.
Monitorinq qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim olunub. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Azercell” (683 məlumat), banklar arasında “ABB” (1844 məlumat), sığorta şirkətləri arasında “PAŞA” (145 məlumat), ali məktəblər arasında BDU (1093 məlumat), otel və biznes mərkəzləri arasında “Hilton” (184 məlumat) irəlidədir.