MƏDƏNİYYƏT


MDB Gənclər Simfonik Orkestri Minskdə konsert verəcək

A+ A

Minsk, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Minskdə MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Gənclər Simfonik Orkestrinin konserti olacaq. Konsert Birliyin 25 illik yubileyinə həsr edilib.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, MDB İcraiyyə Komitəsinin və Birlik ölkələrinin musiqi təhsili müəssisələri rəhbərlərinin, qurum üzvü olan dövlətlərin səfirlərinin, habelə “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: nəticələr və perspektivlər” beynəlxalq elmi-praktik konfransı iştirakçılarının tədbirin fəxri qonaqları arasında olacağı gözlənilir.

Bayram konsertinin proqramına İsaak Dunayevski, Nikolay Dobronravov, Aleksandra Paxmutova, Polad Bülbüloğlu və digər tanınmış bəstəkarların əsərləri daxildir. Konsertdə MDB Gənclər Simfonik Orkestri ilə yanaşı, “Yeni Opera” Moskva teatrının solistləri, Rusiya və MDB ölkələrinin aparıcı musiqiçiləri çıxış edəcəklər.

MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin ilk çıxışı yaradıcı və elmi ziyalıların 2007-ci ildə Astanada keçirilən II Forumunda olub. Bu orkestr sayəsində Birlik ölkələrinin bütün gənc musiqiçilər nəslinin öz peşəkar fəaliyyətinin başlanğıcında dəstək qazandığı bildirilir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.