SİYASƏT


MDB İcraiyyə Komitəsində Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilib

A+ A

Minsk, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin qurumun nizamnamə və digər orqanlarında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.

MDB-nin icraçı katibi-İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin iştirakı ilə keçirilən iclasda şura üzvləri sentyabrın 16-da Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Dövlət Başçıları Şurasının iclaslarına yekun vurub və bu iclaslarda qəbul edilən sənədlərin həyata keçirilməsi üçün görüləcək tədbirləri müəyyən ediblər. Həmçinin Qırğızıstan tərəfinə yubiley sammitinin hazırlanması və keçirilməsi üzrə yüksək səviyyəli təşkilatçılığa, gündəlikdəki məsələlərin konstruktiv müzakirəsi üçün şəraitin yaradılmasına görə minnətdarlıq bildirilib.

İclasda MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyinin rəhbəri Aleksey Sergeyevin və MDB-nin icraçı katibi Sergey Lebedevin müvafiq olaraq Moldovada (oktyabrın 30-da) və Özbəkistanda (dekabrın 4-də) keçiriləcək prezident seçkilərində MDB müşahidəçiləri missiyasına rəhbərlik etməsi razılaşdırılıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.