SİYASƏT


MDB İcraiyyə Komitəsində Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası olub

A+ A

Minsk, 13 iyul, AZƏRTAC 

İyulun 12-də Minskdə MDB İcraiyyə Komitəsində Birlik iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) iclası keçirilib.

MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edib.

İclasda MDB Xarici İşlər Nazirləri Şurası və Dövlət Başçıları Şurasının sentyabrın 15-16-da Bişkekdə keçiriləcək iclaslarının gündəliyinin layihələri hazırlanıb. Həmçinin MDB Hökumət Başçıları Şurasının oktyabrın 28-də Minskdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə dair təkliflər nəzərdən keçirilib.

Daimi səlahiyyətli nümayəndələr qurumun Dövlətlərarası Statistika Komitəsinin işçilərinin say tərkibinin optimallaşdırılması məsələsini müzakirə edib, Birliyin Dövlət Başçıları Şurasının qurumun müasir reallıqlara uyğunlaşdırılması haqqında qərar layihəsini nəzərdən keçiriblər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.