SİYASƏT


MDB İcraiyyə Komitəsində Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

A+ A

Minsk, 24 avqust, AZƏRTAC

Avqustun 30-da Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin qurumun nizamnamə və digər orqanlarında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB qərargahının mətbuat xidmətindən məlumat verilib.

İcraiyyə Komitəsinin sədri–qurumun icraçı katibi Sergey Lebedevin iştirak edəcəyi iclasda oktyabrın 28-də MDB hökumət başçılarının Minsk keçiriləcək iclasının gündəlik layihəsinin tərtibi nəzərdə tutulur. Layihəyə 20-dən çox məsələ daxil olunub.

Bundan sonra daimi səlahiyyətli nümayəndələr “Nesvij” Milli Tarix-Mədəniyyət Muzeyi-Qoruğu” dövlət idarəsinin - MDB iştirakçı dövlətlərinin muzey işi istiqaməti üzrə baza təşkilatının fəaliyyətini, həmçinin bir sıra digər məsələləri də müzakirə edəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.