Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Anadan olmağınızın 55 illiyi münasibətilə Müstəqil Dövlətlət Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Siz Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən lideri kimi beynəlxalq aləmdə də layiqli nüfuz qazanmısınız.

Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə fəal xarici siyasət kursu yeridir, mühüm qlobal və regional məsələlərin həllində etibarlı və konstruktiv tərəfdaş kimi çıxış edir.

Sizi təkcə görkəmli dövlət xadimi və siyasi xadim kimi deyil, həm də iqtisadi islahatların cəsarətli novatoru və təşəbbüskarı, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yönələn qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı, bütün ruhu və qəlbi ilə öz xalqına sadiq olan bir insan kimi tanıyırlar.

İcazə verin, əminliklə bildirim ki, Sizin ali dövləti və siyasi fəaliyyətdə qazandığınız zəngin təcrübə bundan sonra da Azərbaycan Respublikasının davamlı inkişafına və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya xarakterli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

 

Dərin hörmətlə,

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin