DÜNYA
MDB MÜŞAHİDƏÇİLƏRİNİN FİKRİNCƏ, RF DÖVLƏT DUMASINA SEÇKİLƏR AZAD, AÇIQ VƏ DEMOKRATİK KEÇİRİLMİŞDİR
MDB müşahidəçilərinin fikrincə, Rusiyada seçkilərin hazırlanması və keçirilməsinin gedişini beynəlxalq müşahidəçilərin izləməsi üçün lazımi hüquqi və təşkilati-texniki şərait yaradılmışdı.
Y.Yarov demişdir ki, MDB müşahidəçilərinin seçki prosesini tənzimləyən sənədlərlə, MSK-nın hüquq qaydalarının tətbiqi fəaliyyəti, hər hansı seçki komissiyasının işi ilə tanış olmaq imkanı vardı. Onlar seçki məntəqələrinə sərbəst gedib-gələ bilirdilər. Bütün bunlar seçki prosesinin gedişi barədə obyektiv rəy yaratmağa imkan verirdi.
O nəzərə çarpdırmışdır ki, bununla yanaşı, seçkilərin hazırlanması, səsvermənin təşkili və keçirilməsi zamanı bəzi nöqsanlar da aşkara çıxarılmışdır. Ancaq bu nöqsanlar seçicilərin öz iradəsini azad ifadə etməyə təsir göstərməmişdir.