DÜNYA
MDB Müşahidəçilər Missiyasının yekun sənədi Qırğızıstan Prezidentinə təqdim edilib
Minsk, 5 oktyabr, AZƏRTAC
MDB Müşahidəçilər Missiyasının başçısı Vladimir Qarkun Qırğız Respublikasının Prezidenti Almazbəy Atambayevlə görüşündə bu ölkənin parlamentinə (Joqorku Keneş) seçkilərə hazırlığın gedişatına və keçirilməsinə müşahidələrin nəticələri barədə məlumat verib və missiyaya daxil olan müşahidəçi qrupların əlaqələndiriciləri tərəfindən imzalanmış sənədi ona təqdim edib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, V.Qarkun Qırğız Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyası, innovasiya texnologiyalarının seçki prosesinə tətbiqi üzrə digər dövlət orqanları tərəfindən böyük iş görüldüyünü, seçkilərin yaxşı təşkil edildiyini vurğulayıb.
Qırğız Respublikasının Prezidenti görülən işə və seçkilərin obyektiv qiymətləndirilməsinə görə təşəkkür edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk