İQTİSADİYYAT
MDB ÖLKƏLƏRİ ALİ MALİYYƏ NƏZARƏTİ ORQANLARI RƏHBƏRLƏRİNİN FORUMU
Tbilisidə MDB-nin üzvü olan ölkələrin ali maliyyə nəzarəti orqanları rəhbərləri Şurasının III sessiyası keçirilmişdir.
Sessiyanı Gürcüstan Nəzarət Palatasının sədri Sulxan Molaşvili açdı. Gürcüstan Prezidenti Eduard Şevardnadze iştirakçılarını salamayaraq bildirdi ki, MDB ölkələri korrupsiya ilə mübarizə üçün dövlət maliyyə nəzarəti sahəsində səyləri birləşdirməlidir.
Sonra Şuranın indiki sədri, Ukrayna Hesablama Palatasının sədri Valentin Simonenko qurumun əvvəlki sessiyadan bəri fəaliyyətindən, Birlik dövlətlərinin maliyyə nəzarəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi sahəsində görülmüş işlərdən danışdı və sədrlik vəzifəsində səlahiyyətlərin Gürcüstan Nəzarət Palatasının başçısı Molaşviliyə verildiyini bildirdi.
Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayev çıxışında ölkəmizdə yeni yaradılan bu orqanın fəaliyyətindən, MDB ölkələrinin müvafiq təşkilatları ilə səmərəli əlaqələrindən söhbət açdı.
Sessiyanın sonunda Bəyannamə qəbul olundu. Koreya Respublikası Auditorlar-İnspektorlar Şurasının sədri, Beynəlxalq Ali Maliyyə Nəzarəti Orqanları Təşkilatının prezidenti İyenq Nam Li sessiyada iştirak edirdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi