Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Milli bayramınız – Dövlət Müstəqilliyi Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.

Müstəqillik illərində Azərbaycan Respublikası siyasi, sosial-iqtisadi və mədəni inkişaf sahələrində böyük uğurlar qazanıb, regional və ümumdünya gündəliyində duran məsələlərin həllində onun rolu əhəmiyyətli dərəcədə artıb.

Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, rifah və firavanlıq arzu edirik.

Hörmətlə,

 

Aleksey Sergeyev

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin