Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən

Möhtərəm İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası adından təbrikləri qəbul edin.

Azərbaycan müasir dövlətin təşəkkülü illərində zəngin özünəməxsus mədəniyyətini və dərin milli ənənələrini qoruyub saxlamaqla, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısına çevrilib. Bu gün yüksək iqtisadi, mədəni və elmi potensiala malik Azərbaycan gələcəyə inamla baxır.

Sizə - böyük dövlət və siyasi xadimə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, firavanlıq və çiçəklənmə arzu edirik.

Hörmətlə,

Aleksey Sergeyev

MDB Parlamentlərarası Assambleya

Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin