SİYASƏT


MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında mühüm qərarlar qəbul edilib

A+ A

Moskva, 29 sentyabr, AZƏRTAC 

Sentyabrın 29-da Sankt-Peterburqda MDB ölkələri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.

MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında bir sıra mühüm qərarlar qəbul edilib, hərbi təyinatlı vahid geoinformasiya sisteminin inkişafı, MDB ölkələri silahlı qüvvələrinin birgə rabitə sisteminin təkmilləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, beynəlxalq terrorizmlə mübarizə və digər sahələrə dair fikir mübadiləsi aparılıb. Həmçinin cari ildə əməkdaşlığın yekunları və gələn il üçün tədbirlər planı nəzərdən keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Nəcməddin Sadıkov və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.