CƏMİYYƏT


MDB-də narkotik təhlükəsinə qarşı mübarizə artırılır

A+ A

Minsk, 17 avqust, AZƏRTAC

Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin dövlət başçılarının BMT Baş Məclisinin qlobal narkotiklər probleminə həsr olunmuş Xüsusi Sessiyasının (Nyu-York, aprelin 19-21-də) yekunlarına dair Bəyanatı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.

Bu məlumat AZƏRTAC-a MDB-nin Minskdəki qərargahından verilib.

Hərtərəfli müzakirələrdən sonra Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Ukrayna və digər ölkələrin, habelə MDB-nin iştirakçı ölkələrinin Daxili İşlər Nazirləri Şurasının nümayəndələri MDB Dövlət Başçıları Şurasının bəyanat və müvafiq qərar layihələrini razılaşdırıblar.

İclasın materialları sənəd layihələrinin dövlətdaxili razılaşdırılması üçün Birliyin ölkələrinə göndəriləcək, bundan sonra İcraiyyə Komitəsi onu Birliyin Dövlət Başçıları Şurasının növbəti iclasına müəyyən edilmiş qaydada göndərəcək.

Bəyanat layihəsində bu ilin aprel ayında Nyu-Yorkda keçirilmiş BMT Baş Məclisinin qlobal narkotiklər probleminə həsr olunmuş Xüsusi Sessiyasının yekunlarına dəstək ifadə olunur və BMT-nin mərkəzi əlaqələndirici rolu sayəsində narkotiklər üzərində qüvvədə olan beynəlxalq nəzarət sisteminin qorunmasının və möhkəmləndirilməsinin vacibliyi vurğulanır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.